Saxlama müddəti ötmüz 109 kq ərzaq malları satızdan çıxarılaraq məhv edilib
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.
Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Nizami rayonunda Q.Qarayev prospekti, 93 ünvanında yerləşən ?Aydan market?də, N.Nərimanov küçəsi, 2 ünvanındakı ?Raul market?də, R.Bağırov küçəsində yerləşən ?Tovuz market?də və ?Samir market?də, Nərimanov küçəsi, 1 ünvanında Şahin Abdullayevə məxsus mağazada, Şirvan şəhərində 1 May küçəsində Qismət Qafarova məxsus mağazada, Qəbələ rayonunda İ.B.Qutqaşınlı küçəsində Fizuli Bağırova məxsus mağazada, ümumi çəkisi 109 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, ət məhsulları, konservləşdirilmiş məhsullar, un məmulatları, yağlar, uşaq yeməkləri, sərinləşdirici içkilər, meyvə şirələri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19