Bakı Apelyasiya Məhkəməsi Azərbaycan Liberal Partiyanın (ALP) sədri Əvəz Temirxanın şikayətini təmin etməyib. Bu barədə MİA-ya açıqlama verən partiya sədri deib ki, o, 23 saylı Nəsimi-Səbail seçki dairəsində seçki kampaniyası dövründə və seçki günü baş vermiş saxtakarlıqlarla əlaqədar DSK-ya və MSK-ya saxtakarlıq və qanun pozuntuları olması, seçki nəticələrinin ləğvini, təkrar seçki keçiriləbiylə müraciət etsə də, qəbul olunmamışdı. Bunun la razılaşmayan ALP sədri Bakı Apelyasiya Məhkəməsinə şikayət ünvanlayıb. Amma Apelyasiyasi Məhkəməsi də Ə.Temirxana müsbət cavab verməyib. Partiya sədri deyir ki, hazırda Apelyasiya Məhkəməsində Ali Məhkəməyə kasasiya şikayəti edəcək: ?Hesab edirəm ki, verilən qərar hüquqi deyil, siyasi qərardırr. Buna görə də qərardan kasasiya şikayəti veriləcək. Əgər Ali Məhkəmə də məsələyə ədalətli baxmasa, Avropa Məhkəməsinə qədər davam edəcəyəm?.