Bu gün Konstitusiya Məhkəməsinin plenar iclasında noyabrın 7-də keçirilmiş parlament seçkisinin nəticələrinin baxılmasına başlanılıb. İclasda məruzəçi hakim Rafael Qvaladze bildirib ki, Azərbaycan Milli Məclisinə seçki ilə bağlı seçki pozuntuları iddiası ilə bir dairə üzrə Respublika Baş Prokurorluğuna daxil olan müraciətlər əsasında cinayət işi başlanıb. Bu, Şəmsəddin Hacıyevin qalib elan olunduğu 89 saylı Göyçay-Ağdaş seçki dairəsidir. Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə 2010-cu il noyabrın 7-də keçirilmiş seçkinin ümumi yekunlarını təsdiqləyərək sənədləri noyabrın 22-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edib.