?Azərbaycan torpaqlarının işğalı gözlənilməz problemlər yarada bilər?. Belə bir bəyanatla Türkiyə Prezidenti Abdullah Gül Berndə İsveçrə prezidenti Doris Loythardla keçirdiyi mətbuat konfransında deyib. Abdulla Gül bildirib ki, Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında müəyyən problemlər var. ?Azərbaycan torpaqlarının bir hissəsi işğal altındadır, xeyli sayda insan qaçqın və məcburi köçkün şəraitində yaşayır. Əgər bu məsələ həll olunmazsa, sabah digər gözlənilməz problemlər yarana bilər?, - deyə Türkiyə Prezidenti vurğulayıb.