Bu gün Konstitusiya Məhkəməsi Milli Məclisə dördüncü çağırış seçkilərinin nəticələri ilə bağlı son sözü deyəcək. Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyası noyabrın 22-də seçkinin nəticələri ilə bağlı yekun protokolu hazırlayaraq Konstitusiya Məhkəməsinə göndərib. Ölkənin ali orqanı olan Konstitusiya Məkhəməsi isə sənədləri yoxlayıb son qərarı verəcək və bununla da parlamentin yeni tərkibi səlahiyyət qazanacaq.