Bakıda ?Qafqaz qartalının uçuzu? filminin təqdimatı keçiriləcək
Noyabrın 25-də Beynəlxalq Muğam Mərkəzində ?Salnamə? və Sankt-Peterburqun ?Lennauçfilm? studiyalarının birgə istehsal etdikləri ?Qafqaz qartalının uçuşu? sənədli filminin təqdimatı keçiriləcək.
Film II Dünya Müharibəsi illərində Leninqradın müdafiəsi zamanı qəhrəmancasına döyüşən azərbaycanlı hərbi pilot Hüseynbala Əliyevə həsr olunub. Tədbirdə filmin yaradıcı qrupunun üzvləri, o cümlədən rusiyalı qonaqlar da iştirak edəcəklər.
Filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatoru Maksim Konavalçuk və Elxan Rüstəmov, prodüserləri Böyükağa Məmmədov və Vladimir Bajindir.
Xatırladaq ki, yeni ekran əsərinin təqdimat mərasimi bundan əvvəl Sankt-Peterburqda keçirilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47