Müayinə üçün xəstəxanaya gedən Türkiyənin ana müxalifət partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlunun onurğa sütununda yırtıq aşkarlanıb. Partiya liderinin dərhal əməliyyat olunmasına qərar verilib. O, gecəni xəstəxanada qalıb. CHP-nin yaydığı yazılı məlumatda Kaemal Kılıçdaroğlunun səhhətinin yaxşı olduğu və bu gün evində istirahət edəcəyi bildirilib.