Ümid Partiyası adından təmsil olunan MSK uzvu Akif Qurbanovun 7 noyabr 2010-cu il tarixdə kecirilmiş seçkilərin yekununa dair tərtib olunmuş protokola əlavə etdiyi xüsusi rəyi və protokolu imzalama məsələsinə dair acıqlaması yayılıb. Açıqlamada bildirilir ki, səsvermənin nəticələri və verilən şikayətlər də daxil olmaqla, bir növ seçkinin yekunlarına dair əsas hüquqi sənədlər sayılan, MSK tərəfindən A.Qurbanovun təsdiq etmədiyi son iki qərar qəbul olunub. ?Protokol isə qərardan da göründüyü kimi qərara əlavə olunan sənəddir. MSK üzvü olaraq seçkilərə dair tərtib etdiyim rəyi sənədlərə əlavə etməyim üçün təəssüf ki, qəbul olunmuş normalara görə, protokolu imza etməli oldum. Həmçinin bildirmək istəyirəm ki, protokolun imzalanması bütövlükdə seçkilərin necə kecirilməsinə qiymət verilməsi demək deyildir. Mən mövqeyimi öz rəyimdə və MSK-nın iclasında çıxış edərək bildirmişəm. Ola bilsin ki, o rəy 125 seçki dairəsini bütövlükdə əhatə etmir, lakin mənim əldə edə bildiyim məlumatlar əsasında tərtib olunub?, - deyə açıqlamada vurğulanıb.