AFFA-nın İntizam Komitəsinin növbəti iclası baş tutub. ANS PRESS-in Peşəkar Futbol Liqasına istinadən verdiyi məlumata görə, toplantıda Unibank Premyer Liqasının XIV turu və I diviaionunun XI turun çərçivəsində baş tutan oyunlardakı mübahisəli məqamlar müzakirə edilib. Toplantıda Unibank Premyer Liqasının XIV turunun MOİK ? ?Bakı? matçının 86-cı dəqiqəsində ?Bakı? klubunun 29 nömrəli futbolçusu Əziz Quliyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb klub isə iki yüz manat cərimə olunub. Azərbaycan I divizionunun XI turunun ?Abşeron? ? ?Göyəzən? matçının 84-cü dəqiqəsində ?Göyəzən? klubunun 9 nömrəli futbolçusu Qoşqar Sarıyev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb. Futbolçu əllə oynadığı üçün klub iyirmi manat cərimə olunub.