Rusiyanın paytaxtı Moskvadakı Futbol evində XIX Beynəlxalq ?Birlik kuboku? turnirinin püşkü atılıb. Lent.az-ın Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, yarışda Azərbaycanı təmsil edəcək Bakının ?İnter? klubu A qrupuna düşüb. Komandamızın rəqibləri ?İskra-Stal? (Rıbnitsa, Moldova), ?İstiklol? (Düşənbə, Tacikistan) və ?Neftçi? (Koçkor-Ata, Qırğızıstan) olub. Digər qrupların tərkibi: B qrupu: ?Tobol? (Kostanay, Qazaxıstan), ?Skonto? (Riqa, Latviya), ?Mika? (İrəvan, Ermənistan), ?Bunyodkor? (Daşkənd, Özbəkistan) C qrupu: ?Zenit? (Sankt-Peterburq, Rusiya), ?Nebitçi? (Balkanabad, Türkmənistan), ?Şaxtyor? (Soliqorsk, Belarus), ?Flora? (Tallin, Estoniya) D qrupu: Rusiyanın gənclər yığması, ?Dinamo? (Kiyev, Ukrayna), HİK (Helsinki, Finləndiya), ?Ekranas? (Panevejis, Litva). Turnir 2011-ci il yanvarın 14-dən 23-dək Sank-Peterburq şəhərində keçiriləcək. Yarışın təqvimi isə hələ dərc olunmayıb.