Konstitusiya Məhkəməsi Milli Məclisə seçkinin nəticələrinin yoxlanılması və təsdiqlənməsi məsələsinə noyabrın 26-da keçiriləcək növbəti iclasında baxacaq. Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq 2010-cu il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilmiş seçkinin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılacaq.