Azərbaycanla Portuqaliya arasında vizalar ləğv olundu
Azərbaycanla Portuqaliya arasında vizaların ləğv edilməsi haqqında saziş imzalanıb. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, bu, xarici işlər naziri Elmar Məmmədyarovun Lissabon şəhərində təşkil olunmuş NATO Sammiti çərçivəsində Portuqaliyanın Dövlət və xarici işlər naziri Luis Amado ilə keçirilən görüşü zamanı baş tutub.
Belə ki, Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında diplomatik, xidməti və xüsusi pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında saziş imzalanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50