"Azərbaycanda keçirilən parlament seçkiləri Seçki Məcəlləsinin tələblərinə uyğun, demokratik, azad, şəffaf keçirilib və seçkilər baş tutub". Bu sözləri jurnalistlərə açıqlamasında YAP icra katıbı Əli Əhmədov deyib. İcra katibi bəzi namizədləırin seçkilərin qalibi olmaq üçün yetərli səs toplaya bilmədiyini xatırladaraq, vurğulayıb ki, onlar bunu insanların dəstəyini qazana bilməməkləri ilə deyil, seçki prosesinin normal keçməməsi ilə əlaqələndirirlər: ?Mərkəzi Seçki Komissiyası tərəfindən bu kimi iddialar təkzib olunub. Ona görə də istərdim ki, insanlar qalibləri təbrik etməyi və məğlubiyyəti həzm etməyi bacarsınlar?.