Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclas keçirilib. İclasda parlament seçkiləri ilə əlaqədar quruma daxil olmuş müraciətlərə baxılıb. Öncə 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən ?Qarabağ? seçki blokunun namizədi olmuş Nəsimi Məmmədlinin dairədə nəticələrin ləğv olunması ilə bağlı müraciətinə baxılıb və müraciət təmin edilməyib. 85 saylı Şamaxı Seçki Dairəsindən namizəd olmuş Vəhdət Partiyasının sədri Tahir Kərimli və Vəfalı Fətullayevin nəticələrin ləğvi barədə müraciətlərinə baxılıb. Dairə üzrə yalnız bir seçki məntəqəsinin nəticələri ləğv olunub.