?Parabank? Gəncədə yarmarka keçirəcək
Azərbaycanın ?Parabank? ASC noyabrın 20-21-də Gəncə şəhərində yeni bank məhsulları və xidmətləri haqqında əhalini məlumatlandırmaq məqsədi ilə yarmarka keçirəcək.
Bankın baş ofisindən verilən məlumat görə, yarmarkada ?Parabank?ın mütəxəssisləri əhalini maraqlandıran sualları cavablandıracaqlar. Bankdan bildirilib ki, noyabrın 22-də isə ?Parabank? Gəncənin ?Ramada? mehmanxanasında sahibkarlarla görüş keçirməyi planlaşdırır.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan ?Parabank? ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 107,689 mln. manat, depozit portfeli 61,394 mln. manat, kredit portfeli 73,353 mln. manat, məcmu kapitalı 14,008 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib.
Hazırda bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 140 POS-terminalı mövcuddur.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19