Fransada səfərdə olan Türkiyənin anamüxalifətinin lideri, CHP-nin (Cumhuriyyət Xalq Partiyası) sədri Kamal Kılıçdaroğlu senata gedərək Türkiyə-Fransa dostluq qrupunun sədri Jak Blanla görüşüb. Kılıçdaroğlu parlamentdə "erməni soyqırımı"na CHP-nin münasibətini soruşanlara, Türkiyənin lazım olan addımı atdığını deyib: ?Bizim ölkəmiz bütün arxivləri açıb. Amma Ermənistan arxivləri açmayıb. Tarixi tarixçilərin öhdəsinə buraxaq. Biz tarixin arxivlərlə, sənədlərlə dəyərləndirilməsinin tərəfdarıyıq. Bunu qəbul etməyən Ermənistandır. Ermənistan da arxivləri açsın?.