Aydınlar Partiyası parlament seçkilərindən sonra yaranmış vəziyyət barədə bəyanatla çıxış edib. Partiyanın mətbuat xidmətindən MIA-ya daxil bəyanatda bildirilir ki, partiyanın sədri, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindən deputatlığa namizəd Qulamhüseyn Əlibəylinin vəkil və müşahidəçilərinə təzyiqlər hələ də davam edir: ?Vəkil və müşahidəçilər DSK-ya çağırılır, onlardan izahat alınır, saxtakarlıq faktlarını aktlaşdırdığına görə hədələnirlər. Qulamhüseyn Əlibəyli hüquqlarının pozulması və həmin dairədəki saxtalaşdırma faktlarını araşdırmaq, dairənin nəticəsinin ləğv etmək tələbi ilə MSK-ya müraciət edib. Bu müraciətdən sonra da vəkil və müşahidəçilərə təzyiqlər güclənib. Aydınlar Partiyası DSK rəhbərliyinin bu qanunsuz əməllərini qətiyyətlə pisləyir və MSK-dan bu halları aradan qaldırmağa və müraciəti obyektiv araşdırmağa çağırır?.