?Ermənistan-Türkiyə münasibətlərində uçurumun yaranmasına Türkiyə tərəfi səbəb olub?. Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan parlamentdə çıxışı zamanı bildirib. ?Türkiyə tərəfi dəfələrlə məsələ ilə bağlı yenidən danışıqların aparılması təklifi ilə çıxış etsə də, biz bunun mümkün olmadığını bildirmişik. Çünki münasibətlərin normallaşmasının yeganə yolu Türkiyənin protokollara imza atmasıdır. Hər hansı ön şərtin qaldırılması prosesi uçuruma aparır?, - deyə Nalbandyan əlavə edib.