?Unibank?ın ?QƏŞŞŞŞƏNG?in 2-ci tirajı keçirilib
?Unibank? pul köçürmələri edən və alan müştəriləri arasında keçirdiyi ?QƏŞŞŞŞƏNG? lotereya kampaniyasının 2-ci tirajını keçirib. Bankdan MİA-ya verilən məlumata görə, ?Mobitel? şirkətinin dəstəyi ilə təşkil olunan bu aksiyada sentyabr ayındakı təcili pul köçürmələri əməliyyatları aparan 50 müştəri ?Nokia Supernova 7210? mobil telefonu qazanıb. Bütün qaliblər müstəqil müşahidəçilərin iştirakı ilə təsadüfi kompüter seçimi üsulu əsasında müəyyən olunublar.
Lotereyanın şərtlərinə əsasən, ən azı 300 USD, EUR və ya 9000 RUR həcmdə təcili pul köçürməsi göndərən və ya alanlar uduşların oynanılmasında iştirak edirlər. Nəticədə, ötən ayın yekunlarına görə, bankın 5409 müştərisi ?QƏŞŞŞŞƏNG? kampaniyasına qoşularaq, lotereyada iştirak üçün şans qazanıb.
Qeyd edək ki, 300 USD, EUR və ya 9000 RUR məbləğində olan hər bir pul köçürməsi uduş üçün 1 şans verir. ?Unibank? tərəfindən bu şansların sayı məhdudlaşdırılmadığından, yuxarıda göstərilən məbləğdə pul köçürmələrinin sayı artdıqca, lotereya iştirakçılarının şansları da artır.
Lotereyanın növbəti tirajı dekabrın 10-da Bankın baş ofisində keçiriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19