Azərbaycan Liberal Partiyasının (ALP) sədri, 23 saylı Nəsimi-Səbil seçki dairəsindən deputatlığa namizəd Əvəz Temirxan seçkinin nəticələrindən narazıdır. Bu barədə MİA-ya açıqlama verən partiya sədrinin sözlərinə görə, namizəd olduğu dairədə seçkinin nəticələri saxtalaşdırılır: ?Bu dairədə hakimiyyət dairələri seçkinin nəticələrini saxtalaşdıraraq Ziyad Səmədzadəni qalib elan edib. Hesab edirəm ki, seçki bütövlükdə saxtakarlıq şəraitində keçirildiyi üçün nəticələr ləğv olunmalıdır?. Ə.Temirxan bununla bağlı Dairə Seçki Komissiyasına yazılı müraciət etdiyini də bildirib.