Bu gün Müsavat Partiyasının mərkəzi qərargahında aparıcı müxalifət partiyalarının birgə toplantısı olacaq. Müsavat Partiyası mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, toplantıda parlament seçkilərinin gedişatına və nəticələrinə dair müzakirələr aparılacaq, prosesə qiymət veriləcək. Məlumatda o da bildirilir ki, toplantıda ?AXCP-Müsavat? bloku, Demokratioya Uğrunda İttifaq, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası və başqa təşkilatlar iştirak edəcək.