Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ?Salnamə? kinostduyasının istehsal etdiyi ?Təxəllüsü Mixaylo? (rejissor Tahir Əliyev) sənədli filmi cari il 1-5 noyabr tarixində Sankt-Peterburqda keçirilən V Beynəlxalq ?Bilik aləmi? elmi-kütləvi filmlər kinofestivalında iştirak edib. Nazirliyin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, müsabiqəyə 10 ölkədən 32 film qatılıb. Filmimiz münsiflər heyətinin qərarı ilə ?Yeni tarixi biliyin təqdimatı? mükafatına layiq görülüb.