gn=left]2010/vuqar-bayramov.jpg[/libt] 83 saylı Ağcabədi-Füzuli seçki dairəsində yerli müşahidəçilərə təzyiqlərə başlanılıb. Sözügedən dairədən deputatlığa namizəd Vüqar Bayramovun seçki qərargahından MİA-ya verilən məlumata görə, Ağcabədi rayon icra hakimiyyəti namizədin müşahidəçilərinə seçki günü seçkiləri müşahidə etməmələri barədə qadağa qoyub. Bildirilir ki, müşahidəçilər və onların yaxınları işdən çıxarılacaqları ilə hədələniblər: ?Müşahidəçilərə seçki günü müşahidə aparmamaqları bildirilib. Baxmayaraq dairənin ən şanslı namizədi Vüqar Bayramovdur, icra hakimiyyəti orqanları namizədin tərəfdarlarına təzyiqlər etməklə, seçki günü müşahidələri çətinləşdirməklə praktiki total saxtakarlığa start veriblər?.