YAP-çı deputat Nazim Məmmədov namizədliyini geri götürdü
Namizədliyini 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən irəli sürmüş YAP üzvü, hazırkı millət vəkili Nazim Məmmədov seçki marafonundan çəkilib. Artıq Nazim Məmmədov ötən axşam namizədliyinin ləğvi ilə bağlı dairə seçki komissiyasına müraciət edib.
O, bu addımı atmasında məqsədi YAP-a veriləcək səslərin parçalanmasının qarşısını almaq olduğunu bildirib.
Qeyd edək ki, YAP 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən başqa adamın namizədliyini irəli sürüb. Nazim Məmmədov isə YAP üzvü olmasına baxmayaraq, namizədliyi ?Şınıx? təşəbbüs qrupu tərəfindən irəli sürülmüşdü.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51