Noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçiriləcək Dördüncü Çağırış seçkilərlə əlaqədar indiyədək 743 nəfərin namizədliyi qeydə alınıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən verilən məlumata görə, namizədliyi qeydə alınmış şəxslərdən 53 nəfəri namizədliyini geri götürüb. Hazırda 125 deputat mandatı uğrunda 690 namizəd mübarizəni davam etdirir. Seçkiləri qeydiyyatdan keçmiş 48 mindən artıq müşahidəçi, o cümlədən MSK-da akkreditə olunmuş 1024 beynəlxalq müşahidəçi izləyəcək. Müstəqil Azərbaycan Respublikasının Milli Məclisinə bundan əvvəlki seçkilər 1995, 2005 və 2005-ci illərdə keçirilib.