21 saylı Nəsimi birinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Sərdar Cəlaloğlu vəkilləri və səlahiyyətli nümayəndələri ilə adı çəkilən dairənin 28 seçki məntəqəsində monitorinq keçirib. ADP-nin mətbuat xidmətindən MIA-ya verilən məlumatda bildirilir ki, monitorinq nəticəsində seçki qanunvericiliyinin tələblərinin ciddi şəkildə pozulması müşahidə olunub: ?Məntəqələrin heç birində bülletenlərin saxlandığı seyflər qanuna müvafiq şəkildə möhürlənməyib, seyflər açıq şəkildə müşahidə edilib və məntəqə sədrləri təklikdə, istədikləri vaxt seyfləri açıb-bağladıqlarını bildiriblər. Məntəqələrin əksəriyyətinin tərtibi MSK-ın təlimatına uyğun təşkil olunmayıb və nəticədə seçki günü səsvermənin müşahidə edilməsi üçün normal şərait yaradılmayıb?.