Bank of Baku Gənc Menecer və Mütəxəssislərə dəstək olub, ?YES!? (?Young Executives and Specialists) adlı kredit kampaniyasına start verir. Bankın mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, kampaniya çərçivəsində gənc menecer və mütəxəssislərə güzəştli şərtlərlə bərpa olunan kredit xəttin ayrılması nəzərdə tutulur. Kampaniyanın üstünlükləri - Müştərinin istəyindən asılı olaraq kredit müddətinin birinci dövründə, yəni 12 ay ərzində, yalnız faizləri ödəmək imkanı və ilk 12 ay ərzində heç bir gecikmənin olmadığı təyin edildikdə və 12 ayın sonunda ayrılmış kredit üzrə əsas borc və faiz borcu müştəri tərəfindən tam ödənilmiş olduğu halda ödənilmiş faizlərin cəmi məbləğinin 15%-i həcmində vəsait müştəriyə hədiyyə olaraq geri qaytarılacaq. Qeyd edək ki, ?YES!? kampaniyası çərçivəsində kredit xəttindən yalnız yaşı 20-dən 35-dək olan və http://www.bankofbaku.com/az/young-executives-and-specialists.html ünvanında adları siyahıda qeyd olunan şirkətlərin işçiləri faydalana bilərlər. Kampaniya üzrə kredit xətti üçün Bank of Baku-nun Azərbaycan pr., 3, ünvanında yerləşən ?Mərkəz? filialına müraciət edilə bilər. ?YES!? kampaniyasından faydalanmaq üçün eyni zamanda Bankın internet səhifəsindəki xüsusi müraciət formasından da istifadə etmək mümkündür.