Bakıda Xəzərin təhlükəsizliyi məsələsi müzakirə olunur
Noyabrın 3-də Bakıda Xəzərin təhlükəsizliyi məsələsi müzakirə olunur. Xəzəryanı ölkələrin prezidentlərinin Xəzər məsələləri üzrə xüsusi nümayəndələri və xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə IV iclas keçirilir.
Azərbaycanın xarici işlər nazirinin müavini Xələfov bildirib ki, bu görüşün saziş mətninin qəbul olunmasında və Xəzəryanı ölkələrin əməkdaşlıq sahəsində yaxşı baza yaradacağına inanır. O, bu görüşün prezidentlərin sammitinə hazırlıq görüşü olduğunu da vurğulayıb.
Konfransda Rusiya XİN müavini Ryabkov Sergey, Qazaxıstan XİN departamentinin direktoru Amanjalova Zülfiyyə, İran XİN müavini Məhəmməd Mehdi Axundzadə və Türkmənistan XİN nümayəndəsi Komekov iştirak edir.
İclasda Xəzəryanı dövlətlərin prezidentlərinin Bakıda olacaq zirvə görüşünün yekun bəyanatı hazırlanacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 14:39
2026-04-07 10:00
2026-04-07 08:54
2026-04-07 00:03
2026-04-06 14:53
2026-04-06 13:33
2026-04-06 10:29
2026-04-06 09:50