Klassik Xalq Cəbhəsi, Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş Partiyalarının daxil olduğu Demokratiya Uğrunda İttifaqın 31 saylı Suraxanı seçki dairəsindən dəstəklədiyi namizəd olan Vüqar Əlövsət oğlu Oruc(Vüqar Bəyturan) ölkədə fəaliyyət göstərən 6 partiya tərəfindən də dəstəklənib. Azad Azərbaycan, Xalq Qurtuluş, Demokratik Şəxsiyyətlər, Türk Dünyasının Birliyi, Azərbaycan Fədailəri, Böyük Millət Partiyalarının qəbul etdiyi bəyənatda Yeni Günəşli və Qaraçuxur seçiciləri Vüqar Oruca səs verməyə çağrılıb, Vüqar Oruc sözügedən dairədə ən layiqli və şanslı namizəd olduğu qeyd olunub və seçicilər 7 noyabrda aktiv olmaq istənilib.