Azərbaycan Fotoqraflar Birliyində (AFB) ilk dəfə olaraq Azərbaycan dilində üçaylıq fotoqrafiya kursları açılıb. Kursları AFB-nin üzvü, peşəkar fotoqraf, bir neçə beynəlxalq fotomüsabiqənin iştirakçısı Mirnaib Həsənoğlu aparır. Sonda birliyin diplomuna layiq görüləcək əsərlərin sərgisi keçiriləcək, kursun dinləyicilərinə sertifikatlar təqdim olunacaq.