7 noyabr Azərbaycanda Milli Məclisə keçiriləcək seçkilərdə Azərbaycan Milli İstiqlal Partiyası 70 namizəd irəli sürsə də, bu prosesdə 25 namizədlə mübarizəni davam etdirir. MİA-nın xəbərinə görə, yaranmış vəziyyəti nəzərə alaraq və müxalifətin inteqrasiyasına nail olunması üçün xoş məram göstərərək AMİP partiyanın namizədlərinin olmadığı seçki dairələrində ?İslahat? və ?Qarabağ? seçki bloklarının namizədlərini dəstəklədiyini bəyan edir. AMİP eyni zamanda öz tərəfdarlarını və üzvlərini partiyanın namizədləri olmayan seçki dairələrində ?İslahat? və ?Qarabağ? seçki bloklarının namizədlərinə səs verməyə çağırır.