Xaricdə yazayan soydazlarımız xalqı demokratik qüvvələrə səs verməyə çağırdı
Xaricdə yaşayan soydaşlarımızın 7 noyabr parlament seçkilərilə bağlı Azərbaycan xalqına müraciət ünvanlayıblar. MİA-ya daxil olan müraciəti oxucularımıza təqdim edirik.
Əziz soydaşlarımız! İllərdir ki, Azərbaycan avtoritar və polis rejimi vasitəsilə idarə
olunur. 1993-cü ildən bu günə qədər Azərbaycanda keçirilən bütün seçkilər
hakimiyyət tərəfindən saxtalaşdırılıb. Vətəndaşların səsləri oğurlanıb,
xalqın seçki yolu ilə hakimiyyəti dəyişmək hüququ tapdanıb. Ölkədə hökm
sürən rüşvət və korrupsiya xaosu, işsizlik, insanların əqidəsinə görə təqib
edilməsi, xüsusi xidmət və polis orqanlarının vasitəsilə yaradılan hərbi
xunta rejimi 3 milyona yaxın Azərbaycan vətəndaşının öz vətənini məcburi
tərk etməsinə gətirib çıxarıb.
İllər ərzində Qarabağ problemi həll edilməmiş, 1 milyondan çox qaçqın
sosial problem içində boğulmuş, məhkəmə sistemi hakimiyyətin təzyiq
aparatına çevrilmiş, azad mətbuat, siyasi müxaliflər susdurulmuş, müxalifət
məhv olmaq təhlükəsilə üz-üzə qalmışdır. Azərbaycanda bir dövlət kimi lazım
olan atributların hamısı rəmzi məna daşımışdır ki, bu da birbaşa seçkilərin
saxtalaşdırılmasının nəticəsidir. Azərbaycandakı demokratların mübarizəsi
nəticəsində Avropa Şurası, Venesiya Komissiyası azad seçkilərin keçirilməsi
üçün Seçki Məcəlləsinin dəyişdirilməsi üçün şoxsaylı təkliflər veriblər.
Lakin bunun əvəzində hakimiyyət daha da aqressivləşmiş və Azərbaycanda heç
zaman azad seçki keçirilməyəcəyini bu və ya digər yolla beynəlxalq
təşkilatların diqqətinə çatdırmışdır.Bu seçki prossesi zamani da demokratik
qüvvələr böyük çətinliklər, təqiblər və təzyiqlərlə üzləşiblər.
Hörmətli həmvətənlər, açıq bəyan edirik ki, 100 il ərzində ikinci dəfə
müstəqillik qazanan dövlətimiz ciddi təhlükə qarşısındadır. Proseslərin bu
axarla inkişafı Azərbaycanın çox keçmədən oyuncaq dövlətə çevriləcəyini
ortaya qoyur. Saxtakarlıqlar beynəlxalq aləmdə torpaqlarımızın işğalına haqq
qazandırır, Dağlıq Qarabağın müstəqil subyekt kimi tanınmasına şərait
yaradır. Biz vətəndən uzaqlarda olsaq da, bu təhlükəni real görürük. Sizləri
vətənimiz, millətimiz və ən əsası öz övladlarınızın gələcəyi naminə
hamılıqla demokratik qüvvələrin namizədlərinə səs verməyə və verdiyiniz
səsləri qorumağa çağırırıq.
Əminik ki, demokratik qüvvələrin namizədlərinə səs verməklə və səslərinizin
qorunmasında onlara verdiyiniz dəstəklə saxtakarlıqları minimuma endirəcək,
Azərbaycanda qanunun şahdan üstün olduğunu xalq olaraq təsdiqləyəsəksiniz.
Bir daha qeyd edirik ki, Azərbaycanın bütün problemlərinin həlli azad və
ədalətli seçkilərdən, xalqın verdiyi səsi müdafiə etməsindən keçir. Bütün
beynəlxalq və regional təcrübələr bunu bir daha təsdiq edir. Biz öz
növbəmizdə yaşadığımız ölkələrin, Avropa Birliyinə daxil olan dövlətlərin
rəhbərlərinə, AŞ PA, ATƏT, Avropa Birliyinə və digər beynəlxalq qurumlara
müraciət edərək seçkinin nəticələrilə bağlı prinsipial mövqe tutmalarını
xahiş və tələb edəcəyik. Eyni zamanda seçki həqiqətlərini beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırmaq üçün toplantılar təşkil edib, görüşlər
keçirəcəyik.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51