DUi müxalifəti seçki saxtakarlığına qarzı birgə mübarizəyə çağırıb
Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-nin mətbuat xidmətindən MİA-ya verilən məlumatda bildirilir ki, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib.
DUI Sədrlər Şurası seçki öncəsi vəziyyətlə bağlı bəyanat qəbul edib. Məlumata görə, DUİ Sədrlər Şurası hakimiyyətdən qanunlara riayət etməyi seçki prosesində saxtakarlığa son qoymağı tələb edir. Bütün müxalifət qüvvələrini və Azərbaycan xalqını seçki saxtakarlığına qarşı birgə mübarizəyə çağırıb. Həmçinin seçiciləri hakimiyyətin qanunsuz addımlarına qarşı müqavimət göstərməyə dəvət edib.
İttifaq həmçinin beynəlxalq birliyi və ölkədə seçkini müşahidə edən qurumların baş verən qanun pozuntularına rəğmən hakimiyyətin addımlarına loyal münasibətini də pislədiyini bəyan edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51