2010-cu ilin 9 ayı ərzində fiziki şəxslərin ?Parabank? ASC-də yerləşdirilmiş əmanətlərinin həcmi ilin əvvəlinə nisbətən 1,12 dəfə artaraq (51.433,27 min. manat), 01 oktyabr 2010-cu il tarixə 57.756,39 min. manat səviyyəsinə çatıb. 2009-cu il sentyabr ayı ilə müqayisədə bu göstərici 35,7% artmışdır. Bankın fiziki şəxslərdən cəlb etdiyi əmanətlərin belə yüksək artımında müştərilərin banka olan inamının möhkəmlənməsi və bankın Əmanətlərin Sığortalanması Fonduna üzv olması mühüm rol oynamışdır. 2010-cu ilin əvvəlinə nisbətən bankın ümumi depozit portfeli 1.07 dəfədən çox artaraq, hesabat dövrünün sonuna 61.393,70 min. manat təşkil edib. Bankın kredit portfeli 2010-cu ilin 9 ayı ərzində 21,7% artmış(60.282,13min. manat) və 01 oktyabr 2010-cu il tarixə 73.353,27 min manat təşkil etmişdir. 2009-cu ilin 9 ayı ilə müqayisədə kredit portfelinin artımı (42.317,00 min manat 1 yanvar 2009 və 47.900,82 min manat 1 oktyabr 2009 ) 8,5% olmuşdur. 01 oktyabr 2010-cu il tarixə fiziki şəxslərə verilmiş istehlak kreditlərinin həcmi 40,272 mln. manat səviyyəsinə çatmışdır. Yalnız cari ilin sentyabr ayı ərzində bu göstərici 12,6% artıb. ?Parabank? ASC-nin aktivlərinin də yüksək artım tempi təmin olunmuşdur. Bankın aktivlərinin həcmi 01 oktyabr 2010-cu il tarixə 107.688,98 min manat olmuşdur ki, bu da cari ilin əvvəli ilə müqayisədə (92.146,99 min.manat) 14% çoxdur. 01 oktyabr 2010-cu il tarixə bankın məcmu kapitalının həcmi 14.162,21 min. manat təşkil etmişdir. Hesabat dövrünün sonuna bankın ümumi gəlirləri 4.923 min. manat, o cümlədən faiz gəlirləri 4.146,19 min. manat, qeyri-faiz gəlirləri isə 777,05 min manat olmuşdur. 2009-ci ilin eyni dövrü ilə müqayisədə (3.448,52 min.manat) bankın ümumi gəlirləri 42,8% artmışdır. Hesabat dövrünün sonuna bankın istifadəçilərə təqdim etdiyi plastik kartların sayı 4248 ədəd, bank tərəfindən quraşdırılmış bankomatların sayı 17, POS-terminalların sayı isə 140 ədəd olmuşdur. ?Parabank? ASC baş ofisi və 16 filialı vasitəsilə hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin həcmini artırmaqda davam edir.