Azərbaycanın Nazirlər Kabineti Qurban bayramı münasibəti ilə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqda qərar qəbul edib. Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə 13 noyabr istirahət gününün yeri, 15 noyabr iş günün yeri ilə dəyişdirilir. Nəticədə Qurban bayramında Azərbaycanda noyabrın 14, 15, 16 və 17-də iş günləri hesab olunmayacaq. Noyabrın 13-ü şənbə günü isə iş günü sayılacaq.