?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyinin monitorinq qrupu tərəfindən paytaxtın tikinti materialları bazarında sentyabr ayını əhatə edən növbəti araşdırma aparılıb. Birlikdən MİA-ya daxil olan məlumata görə, ötən ayda olduğu kimi, bu ayda da inşaatın əsas çəkisini təşkil edən 38 adda 88 növdə tikinti materialının qiymət monitorinqi aparılıb. Sentyabr ayı mövsümə uyğun olan aktivlik ilə yadda qalıb. İstər özəl sektor, istərsə də dövlət layihələri üzrə inşaat işlərinin sürətlə davam etməsi, regionlarda infrastrukturun bərpası bu aktivliyin intensivləşməsinə səbəb olub. Avqust ayından fərqli olaraq, sentyabrda Rusiyadan idxal olunan taxtanın həcmi artaraq tələbatı üstələsə də, dikt məhsullarının idxalında qıtlığın yaranması müşahidə olunub. Digər metal mənşəli məhsulların idxalında da ötən aylara nisbətdə qıtlıqlar yaranıb ki, sahibkarlar bunu Ukrayna və Rusiya metal istehsalçılarının məhsullarını daha çox Avropa ölkələrinə ixrac etməkdə maraqlı olmaları ilə əlaqələndirirlər. Sentyabr ayında yerli bazarda istehsal olunan məhsulların bazardakı ümumi həcmi 54,55%, idxal məhsullarının həcmi isə 45,45% təşkil edib. Ötən ay tikinti materiallarının orta qiymətində 0,7% azalma müşahidə edilib. Qiymət azalması əsasən keçən ayda sıçrayışlı şəkildə artım baş vermiş taxta materiallarında və qeyri-filiz mədən məhsullarında (qum, çınqıl, otsep) nəzərə çarpıb. Hissolunacaq dərəcədə qiymət artımı isə Türkiyə, İran və Çindən gətirilən şüşə-pambıqda baş verib. Azalma baş verən tikinti məhsullarının siyahısı aşağıdakı kimi olub: [b]Qum[/b] 9,52% Taxta 11,11% [b]Çınqıl[/b] 16,67% Dəmir boru (şovsuz) 2,68% [b]Otsep [/b]6,67% Qiymət artımı baş verən məhsullar aşağıdakılardır: [b]DSP[/b] 4,55% Dəmir təbəqə 2,44% [b]Künyə[/b] 5,88% İzolyasiya 7,14% [b]Bitum[/b] 12,50% Şüşə pambıq 15,79% Digər tikinti materilları üzrə qiymətlər stabil qalıb. Avqust ayı ilə müqayisədə 0,69% qiymət azalması qeyd edilsə də, sentyabr ayında qiymətlər 3-cü rübün əvvəli ilə nisbətdə 4,0% , 2010-cu ilin yanvar ayı ilə müqayisədə isə 20,5% artımla müşahidə edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımı 18% təşkil edib.