Milli Məclisin bu gün keçirilən iclasında ?Azərbaycan Respublikasında 2011-ci il üçün ehtiyac meyarının həddi haqqında? qanun layihəsi qəbul olunub. Qanuna əsasən 2011-ci ilin əvvəlindən Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddi 15,4% artırılaraq 75 manata çatdırılacaq.