Bu əlamətdar uğur münasibəti ilə Mia.az-a açıqlama verən Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib ki, təmsil etdiyi partiya Azərbaycan ordusunun bu uğurunu alışlayır: "ALP ordumuzun bu uğurunu alıqşlayır və hərbçilərimizə yeni qələbələr arzulayır.
ALP hesab edir ki, müstəqillikdən bu yana bir sıra uğursuzluqlara baxmayaraq, Azərbaycan əsgərlərinin işğalçı Ermənistan ordusu ilə müqayisədə döyüş ruhu və mənəvi keyfiyyətləri həmişə yüksək olub. İnanırıq ki, ordumuz yüksək döyüş və ruh qabiliyyəti ilə işğaldakı bütün torpaqlarımızı qısa zamanda azad etmək qabiliyyətindədir".