Dünya Azərbaycanlıları Konqresinin Qadınlar Şurasının sədri, Dünya, Ana və Uşaq İctimai Birliyinin sədri Dünyaxanım Əliyeva ?Qarabağ? Seçki Blokunun 10 sayl üçüncü Binəqədi seçki dairəsi üzrə vahid namizədi, Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimlini dəstəkləmek qərarına gəlib. D.Əliyeva bu addımını Q.İbrahimlinin keçdiyi şərəfli həyat yolunu, milli azadlıq hərakatındakı danılmaz xidmətlərini, Qarabağ savaşındakı iştirakını və Azərbaycanın milli maraqlarını daim üstün tutdugunu nəzərə alaraq atdığını deyib: ?Qorxmaz İbrahimli Qarabag savaşının, qanlı 20 yanvar hadisələrinin iştirakçısı olub. Milli Azadlıq Hərakatına ilk qatılanlardan, tələbə hərakatının liderlərindən biri olub. İlk könüllülərdən biri kimi Qarabag savaşında iştirak edib. Belə şəxslər millətin sərvətidir . İnanıram ki, Qorxmaz İbrahimli millət vəkili kimi xalqa və dövlətə çox xeyir verə bilər?.