Türkiyə ordusu İraqın şimalında PKK terror təşkilatının sığınacağı olan Qandilə havadan hücum edib.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hücum nəticəsində PKK üzvlərinin 14 sığınacaq və mövqeyi məhv edilib.
Onu da qeyd edək ki, bu gün səhər saatlarında türk ordusunun əsgərləri Qandilə bağlı Sidekan bölgəsində 3 terrorçunu da məhv edib.