Türkiyənin Daxili işlər naziri Süleyman Soylu "CNN Türk”ün efirindən İraq ərazisində gözlənilən əməliyyatla bağlı sensasiyalı açıqlamalar verib.

Mia.az xəbər verir ki, o, PKK terrorçularının məskunlaşdığı Qandilin Türkiyə üçün artıq yaxın bir hədəf olduğunu bildirib.

Soylu qeyd edib ki, Qandilə doğru quru əməliyyata yaxın zamanlarda başlayacaqlarının anonsunu verib: "İndi hədəfimiz çox yaxındır. Uygun anı gözləyirik. Terrorun qaynaqlarından biri Qandildir. Qandil sadəcə PKK üçün lojistik bir nöqtə deyil, terrorun beynəlxalq görüşmə mərkəzidir. Qandil Türkiyənin gücünü sınayan psixoloji bir mərkəzdir. Bu psixoloji basqı ölkəmizin şərqi və cənub-şərqində vətəndaşlarımızı canından bezdirdi".

Nazir deyib ki, türk xalqı yaxın zamanda qəhrəmanlarını Qandildə görəcək.

Mia.az