İyunun 8-də Brüsseldə NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində toplantısı keçiriləcək.
Bu barədə Mia.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycanı bu toplantıda müdafiə naziri general-polkovnikZakir Həsənovtəmsil edəcək.
Toplantıda NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklərlə bağlı müzakirələr aparılacaq.