Sabaha Milli Məclisin üçüncü çağırışda sonuncu iclası keçiriləcək. MM-dən verilən məlumata görə, iclasda ?Azərbaycanın Respublikasının 2011-ci il dövlət büdcəsi?, ?Azərbaycanın Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2011-ci il büdcəsi?, habelə gələn il üçün yaşayış minimumu və ehtiyac meyarı haqqında layihələr təsdiq olunmalıdır. Bundan başqa, sabah Milli Məclisin və Hesablama Palatasının 2011-ci il üçün xərclər smetası səsverməyə çıxarılacaq.