Qətər Rusiyadan "S-400" zenit-raket kompleksləri alacağı təqdirdə, Səudiyyə Ərəbistanı Dohaya qarşı hərbi əməliyyatlara başlaya bilər.

Bu barədəSəudiyyə Ərəbistanı rəhbərliyi Fransa prezidenti Emmanuel Makrona məktub göndərib.

Sənəddə Ər-Riyadın Rusiya ilə Qətər arasındakı danışıqlardan narahatlığı ifadə edilir. 

Qeyd edilib ki, "S-400"ün quraşdırılması Səudiyyə Ərəbistanının hava məkanının təhlükəsizliyini pozacaq və bölgədə gərginliyin artmasına gətirib çıxaracaq.