Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə məqsədilə ölkəmizə gələn Pol Villinin başçılıq etdiyi AŞPA-nın Müşahidə Missiyasının nümayəndələri ilə görüşüb. Partiyanın mətbuat xidmətindən MİA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki seçkiqabağı vəziyyət müzakirə olunub. A. Mollazadə ?Demokratiya? bloku və Demokratik İslahatlar Partiyasının seçki kampaniyası barədə məlumat verib. Qonaqlar da AŞPA-nın müşahidə missiyasının Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidəsinə dair fəaliyyəti barədə məlumat veriblər.