"BMT Dağlıq Qarabağ münaqişəsinin həllimnə öz töhfəsini verməyə hazırdır". Bunu BMT-nin baş katibi Pan Gi Mun Avropa İnsan Hüququları Konvensiyasının 60 illiyinə həsr olunmuş tədbirdən sonra keçirilən mətbuat konfransında deyib. ?Bu gün dünyada bir mox münaqişələr var və bu münaqişələr, o cümlədən də Dağlıq Qarabağ münaqişəsi dialoq əssında sülh yolu ilə həll edilməlidir?, deyə Pan Gi Mun qeyd edib. Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.