Xəqani Cəfərov qeydiyyata alınmadı
Mərkəzi Seçki Komissiyası 119 saylı Ağdam kənd Seçki Dairəsindən namizədliyini irəli sürmüş Xəqani Səfər oğlu Cəfərovun Dairə Seçki Komissiyasının qərarından şikayətini təmin etməyərək, DSK-nın qərarını qüvvədə saxlayıb.
119 saylı Ağdam kənd Seçki Dairəsinin Dairə Seçki Komissiyasının 12 oktyabr 2010-cu il tarixli, 15/156 saylı qərarından şikayət edən Xəqani Cəfərov Mərkəzi Seçki Komissiyasının qərarından ədalətsiz və əsassız sayır. Bu barədə MİA-ya açıqlama verən Xəqani Cəfərov hesab edir ki, onun namizədliyinin qeydə alınmasını YAP-ın namizədi Bəxtiyar Sadıqovun yenidən mandat əldə etməsinə mane yaradacığını bilən dairələr onun namizədliyinin qeydə alınmasına mane olublar. Yaranmış vəziyyətlə barışmaq niyyətində olmayan Xəqani Cəfərov 119 saylı Ağdam kənd Seçki Dairəsində seçkilərin saxtalaşdilmasına mane olmaq üçün əlindən gələni edəcəyini, onun namizədliyinin qeydə alınmasına mane olanların qanunsuz əməllərini ifşa edəcəyini bildirdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51