II Beynəlxalq caz festivali davam edir
II Beynəlxalq caz festivalı çərçivəsində Heydər Əliyev Sarayında növbəti konsert keçirilib. Festivalın ikinci günündə İngilis pop cazının liderlərindən olan ?Matt Bianko? caz ansamblının virtuoz ifası cazsevərləri əyləndirib. Onun ifasında Avropada ən hit sayılan kompozisiyalar səsləndirilib.
Qeyd edək ki, ?Matt Bianko? caz ansamblının tərkibində bir neçə dəfə ciddi şəkildə dəyişiklik olmuşdur. Onlar dens-pop üslubunda ifa edirlər. Bu ifa isə qrupun Kuba rəqs ritmləri ilə ifa etdiyi caz aranjımanları ilə əlaqələndirilir.
Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və ?Sweet Production? təşkil etdiyi festival oktyabrın 30-dək davam edəcəkdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 09:04
2026-04-06 15:45
2026-04-06 14:07
2026-04-04 17:46
2026-04-04 13:47