Ötən gecə UEFA Avropa Liqasının qalibi məlum olub.
Mia.az xəbər verir ki, Lionda baş tutan finalda Madridin "Atletiko” komandası ilə Fransanın "Marsel” komandası üz-üzə gəliblər.
Oyunda "Atletiko”nun fransız qolçusu Antuan Qrizman 21 və 49-cu dəqiqələrdə öz həmvətənlilərini cəzalandırıb. 89-cu dəqiqədə isə Qabi 3-cü qolu "Marsel"in qapısına vurub.
Bununla da "Atletiko" 3-0 hesabı ilə qələbə qazanaraq, avroliqanın çempionu olub.