Türkiyənin Star TV kanalında yayımlanan Afra Saraçoğlu və Mert Ramazan Dəmirin baş rollarda oynadığı "Yalı Çapkını" serialının çəkilişini hyata keçirən "OMG Production" şirkəti prokurorluğa verilib.
Mia.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.
Qəzetin xəbərinə görə, “Avrupa Music” şirkəti ona məxus mahnı və musiqilərin serialda qanunsuz istifadə edildiyini əsas gətirərək, rəsmi şkayət edib: "Şikayət ərizəsində serialın ilk bölümündə Müzeyyen Senarın "Kimsəyə Şikayet Etmiyorum" və 4-cü bölümdə Dedublüman qrupuna aid "Gizlədiyin Bir Şey Var" adlı treklərin icazəsiz istifadə olunduğu yer alıb...".
Məlumata görə, şikayətlə bağlı İstanbul Baş Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, bu serialıı Azərbaycanda ciddi tamaşaçı kütləsi izləyir.
Ləman
MİA.AZ